Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”

AVCİYA prezident seçkilərini müşahidə edəcək
AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəaliyyətini genişləndirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirilib. 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov aprelin 18-20-də keçirilən AŞPA-nın yaz sessiyası barədə danışıb. O deyib ki, bu sessiyada Ermənistanın AŞPA-ya Dağlıq Qarabağla bağlı müraciətləri fiaskoya uğrayıb: “Biz əvvəlcədən bilirdik ki, 2085 saylı qətnamə bütün ermənilərə ciddi ziyan vurub. Çünki Ermənistan bu qətnamə ilə işğalçı dövlət kimi tanınır. Bizim əldə etdiyimiz uğur ondan ibarətdir ki, AŞPA-nın yaz sessiyasında qurumun deputatlarının əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Eyni zamanda, ATƏT-in Minsk Qrupu da danışıqları sürətləndirib və Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb. Mən hesab edirəm ki, bu, Azərbaycanın möhtəşəm və tarixi qələbəsidir”.

E. Süleymanov Ağ Evin saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsi barədə də məlumat verərək, artıq petisiyaya 208 min səs verildiyini söyləyib: “Bu işdə qəhrəman Türkiyə xalqına da minnətdarlığımı bildirirəm. Bizim aksiyamız davam edir və mayın 5-də tamamlanacaq. Ümid edirəm ki, biz Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəmizi davam etdirəcək və bunun qarşısını alacağıq”.