Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində Bakı Slavyan Universitetində görüş keçirilib

Avropa Komissiyasının (AK) və Consumer İnternational (Cİ, Böyükbritaniya) təşkilatının dəstəyi, Azad İstehlakçılar Birliyinin (AİB) təşkilatçılığı ilə konfrans keçirilir.
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Dillər Universitetində görüş keçirilib
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) tələbələri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, universitetin rektoru Asif Hacıyev layihənin əhəmiyyətindən danışaraq deyib ki, yanvarın 26-da AŞPAsessiyasında qəbul olunan 2085 saylı qətnamədə birbaşa Ermənistanın işğalçı dövlət olduğu göstərilir və bu, Azərbaycanın tarixi uğurudur. O, bütün tələbələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edən petisiyaya səs verməyə çağırıb.
AVCİYA prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxışında bildirib ki, petisiyaya imza atanların sayı artıq 250 minə çatıb: “Səsvermə müddəti bitdikdən sonra Obama administrasiyası rəy üçün araşdırma aparacaq. Səsvermədə nə qədər çox adam iştirak edərsə, səsimiz o qədər çox əks-səda yaradacaq. Ona görə də mən bütün türk dünyasını petisiyaya səsverməyə çağırıram”.
E. Süleymanov qeyd edib ki, müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
E. Süleymanov 2085 saylı qətnamənin detalları və əhəmiyyəti barədə də məlumat verib.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.