Mingəçevir Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib

AVCİYA daha bir seçki hesabatını təqdim etdi
Azərbaycan QHT-si ölkədəki seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatını açıqlayıb
AVCİYA Gəncədə də seçki proseslərinə start verməyə hazırdır

Mingəçevir Dövlət Universitetində AVCİYA-nın petisiya layihəsi müzakirə edilib. 

APA-nın məlumatına görə, Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən universitetin prorektoru Rövşən Əliyev petisiyanın əhəmiyyəti barədə danışıb.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli isə petisiya layihəsinin zərurəti və görülən işlər barədə məlumat verib. O qeyd edib ki, petisiyada qeyd olunan müddəalar AŞPA-nın 2085 (2016) saylı qətnaməsində də əksini tapıb. Həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi vurğulanır.

Xatırladaq ki, layihə çərçivəsində Ağ ev administrasiyasının internet resursunda AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunur. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe)