Lənkəran Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib

AVCİYA-nın bölgə müşahidəçilərinin seçki təəssüratları
AVCİYA-nın monitorinqləri şimal bölgəsində də uğurla davam edir
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə qoyulmuş abidənin açılışı olub

Aprelin 15-də Lənkəran Dövlət Universiteti Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin müzakirəsi üçün növbəti məkan olub. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunur. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe)

“Qafqazinfo”ya daxil olan məlumata görə, Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov petisiyanın mahiyyəti ilə bağlı məlumat verib. N.Yusubov hər bir vətəndaşın, universitet əməkdaşının bu petisiyanın imzalanmasında yaxından iştirak etməli olduğunu xüsusi vurğulayıb.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından petisiya layihəsi müstəsna əhəmiyyətə malikdir. B.Məmmədli qeyd edib ki, petisiya layihəsində həmçinin işğalın nəticələrinin gələcəkdə daha böyük humanitar fəlakətə və ekoloji təcavüzə yol aça biləcəyi əksini tapıb.

Sonda tədbir iştirakçılarına səsvermə qaydaları izah olunub.