Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub.

MPK-dan AZƏRTAC-a verilən məlumata görə, ilk baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli bayrağımızı sürətlə zəfərə doğru aparan paralimpiyaçımız əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir.

Komitənin adının aşağısında isə Beynəlxalq Paralimpiya Komitəsinin loqosu göstərilib.

Qeyd edək ki, loqo Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rəsmi şəkildə təsdiqlənib.

1996-cı ildə təsis olunan və 2026-cı ildə 30 illik yubileyini qeyd edən Milli Paralimpiya Komitəsinin yeni loqoya uyğunlaşdırılmış yubiley loqosu da ictimaiyyətə təqdim edilib.

AZƏRTAC