Azərbaycan QHT-ləri şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirib

Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib
Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb
Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub

2025-ci il sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

QHT.az xəbər verir ki, 27 sentyabr – Anım günü ilə bağlı keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub. Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib.