Qış Olimpiadası: Azərbaycan təmsilçisi tam gücü ilə mübarizəyə köklənib

İlham Əliyev Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib
Noyabrın 24-nün TDT ölkələri QHT-lərinin  Həmrəylik Günü kimi qeyd olunması təklif edilib
Azərbaycanın zərbə dronları Türkiyədə “SAHA 2026” sərgisində nümayiş olunur

Vladimir hazırda çox gərgin və intizamla məşq edir. O, gündə iki dəfə — həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov fiqurlu konkisürən Vladimir Litvintsevin yarışa hazırlığı barədə Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, idmançı tam gücü ilə mübarizəyə köklənib: “Olimpiya kəndində komanda üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik”.

Qeyd edək ki, Azərbaycanın “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında Vladimir Litvintsevlə yanaşı, Anastasiya Papatoma (dağ xizəyi) da təmsil edir. Litvintsev ilk yarışına fevralın 10-da start verəcək. İdmançımızın çıxışı sabah Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq.

AZƏRTAC