Bolqarıstanda “Şuşa Parkı” salınacaq

İlham Əliyev Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoyub
Avropa Şurasının Nazirlər Komitəsi dekabrda “Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçirəcək
AVCİYA-nın Seçki Qərargahı 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib (fotolar)

Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması nəzərdə tutulur.

“Report” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində ötən gün Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, “Şuşa Parkı”nın salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən edir.

Report