Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib
Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC