XİN: Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda qalacaq

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər 
Şotlandiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı keçirilir
PRESS-RELİZ

Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər kəsin mənəvi borcudur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Qaradağlı qətliamının 34-cü ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

“Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib”, – deyə paylaşımda vurğulanıb.

Report