Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Azərbaycan nümayəndə heyəti UNESCO-nun komitə iclasında iştirak edib
Moldova 2026-cı ildə Azərbaycanla siyasi məsləhətləşmələrin yeni raundunu keçirməyi ümid edir
Bu il birinci sinfə qəbulla bağlı keçiriləcək müsahibələr onlayn formada keçiriləcək

Ağdam işğaldan azad olunandan sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Hazırda Ağdam şəhərində yaşayanların sayı 3 mindən çoxdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda keçirilən “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda keçirilən panel müzakirəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdam şəhəri və üç kənddə ümumilikdə yaşayanların sayı isə 8 mindən çoxdur: “Məskunlaşma prosesi mərhələli şəkildə davam edəcək”.

AZƏRTAC