AVCİYA Obama administrasiyasına ünvanlanan petisiya layihəsinə 327 min səs topladı

“Xocalı…Sərsəng…davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib
Elşən Aslanov: “S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirildi”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il tarixdə keçirilmiş Milli Məclisə Seçkilərlə əlaqədar BƏYANATI

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Ağ ev administrasiyasına ünvanlanan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin yekunlaşması ilə bağlı mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə layihə ilə bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib.

AVCİYA prezidenti, layihənin rəhbəri Elxan Süleymanov indiyədək petisiyaya 327 min səs toplandığını deyib.

O qeyd edib ki, bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır.

AVCİYA rəhbəri bildirib ki, iyulun 6-na kimi Obama administrasiyası müraciətə cavab verməlidir: “26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qənamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanımırdılar. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid edirik ki, Obama administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə öz münasibətini bildirəcək və bunu dəstəkləyəcək. İnanırıq ki, Obama bu müraciətə standart cavab verməyəcək”.

O qeyd edib ki, səsvermədə nəinki Azərbaycan vətəndaşları, o cümlədən Türkiyənin tanınmış insanları, siyasətçiləri də iştirak ediblər.

Təbdirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov isə bildirdi ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, 10 mindən artıq tələbələrlə görüşlər keçirilib. Layıhəyə Azərbaycan ictimaiyyəti yüksək dəstək verib ki, nəticədə 100 min səsə qarşı 327 min səs toplanılıb.

Trend: