MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb

Prezident Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub

Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.

Qurumdan “Report”a daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.

Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib:

“Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”.

Report