Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vuraraq öz rekordunu yeniləyib
Hikmət Hacıyev: “Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.

Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlanıb.

Sonra kollektivin ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Halay”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Ağ çiçəyim”, “Çayçı”, “Bahar” və “Qaytağı” rəqslərimiz yüksək şövqlə təqdim olunub.

Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 AZƏRTAC