Hikmət Hacıyev: “Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”

Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?

“ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatındakı bəzi fikirlər Azərbaycanın da mövqeyini əks etdirir. Hesab edirik ki, həmin bəyanat da məhz Ermənistana ünvanlanmışdı”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bəyanatda danışıqlar üçün hansısa şərtin qoyulması, yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlərin qəbuledilməz olduğu bildirilib: “Danışıqlar olduğu formatda davam etdirilməlidir. Həmçinin danışıqlar getdiyi zaman nəticələr barədə hansısa aqressiv, ritorika əsasında fikirlərin söylənilməsi də qəbul edilən yanaşma deyil”.