ÜST “omikron” ştamının qlobal yayılması riskinin yüksək olması barədə xəbərdarlıq edib

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək”

Koronavirusun yeni “omikron” ştamı xəstəliyin ciddi fəsadlarla nəticələnən yayılmasına gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi infeksiyanın yayılmasına qarşı mübarizə üzrə prioritet tədbirlərin siyahısında bildirilir.

ÜST qeyd edir ki, “omikron” ştamı üçün mutasiyaların sayının çoxluğu xarakterikdir. Bununla bağlı sual yaranır ki, indiyədək hazırlanan vaksinlər görəsən nə dərəcədə effektlidir? “Bu xüsusiyyətlərdən asılı olaraq gələcəkdə COVID-19 xəstəliyinin ciddi fəsadlarla müşayiət olunan yayılma prosesi baş verə bilər. Yeni “omikron” ştamı ilə bağlı ümumi qlobal risk çox yüksək dəyərləndirilir”, – deyə sənəddə bildirilir.

ÜST koronavirusun yeni ştamının əmələ gəlməsi ilə bağlı ölkələrin əhalisinin peyvəndlənmə tempini artırmağa çağırıb.

Sənəddə deyilir: “Əhalinin peyvəndlənmə dairəsini mümkün qədər sürətlə genişləndirmək lazımdır. Xüsusən, buraya, ilk növbədə ehtiyacı olanlar, həmçinin indiyədək peyvəndlənməyən, yaxud tam vaksinlənmədən keçməyənlər aiddir”.

ÜST vurğulayır ki, yeni ştama yoluxmalar tam vaksinlənmə kursunu keçən insanlarda, lakin proqnozlaşdırıla bilən sürətdə müşahidə oluna bilər.

AZƏRTAC