Millət vəkilimiz AŞPA-ya müraciət etdi

Milli Məclisin sədri Oqtay Əsədov Antalyada Ermənistan rəsmisinin yalanlarına tutarlı cavab verib
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli Məclisinin deputatı, AVCİYA prezidenti, AŞPA üzvü Elxan SüleymanovAŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub göndərib.

Məktubda deyilir :

– Hörmətli xanımlar və cənablar,

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlamışdır.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı.

Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olduğu 20 ildən artıq müddət ərzində texniki qurğular və avadanlıqlar baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır.

Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 000 mülki əhalinin həyatı kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Odur ki, hazırda həmin əhalinin həyatı Sərsəng su anbarınga yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər.

Digər tərəfdən, işğalçı dövlət Sərsəng su anbarından suyu qışda buraxır və bunun nəticəsində torpağlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycan iqtisadiyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurulmuş, yaşıllıqlar quruyaraq məhv olmuş, torpağın bioloji strukturunda dönməz proseslər baş vermiş, bölgədə ciddi ekoloji gərginlik yaranmışdır.

Qeyd edilənlər kontekstində AVCİYA-nın həyata keçirəcəyi layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarətdir.

Mən Azərbaycan nümayəndə heyətinin tərkibində AŞPA üzvüyəm. İndiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPAdeputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb. Problemin ciddiliyini nəzərə alaraq, iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Ümid edirik ki, Büronun növbəti iclasında bu sənəd layihəsi əvvəlki layihələrin taleyini yaşamayacaq və Büro üzvləri bununla da Avropa Şurası məkanında yeni bir mümkün olunan faciəyə biganə qalmadıqlarını nümayiş etdirəcəklər.

Nəhayət, vurğulamaq istərdim ki, AVCİYA Sərsəng su anbarı ilə bağlı layihəyə 2013-cü ilin may ayında başlayıb və layihənin həyata keçirilmə müddəti 18 aydır. Qeyd edilənləri nəzərə alaraq, AVCİYA-nın prezidenti və layihənin rəhbəri kimi AŞPA rəhbərliyini və AŞPA üzvlərini bu layihənin məqsədlərinə kömək etməyə çağırıram.

Hörmətli həmkarlar, ümid edirəm ki, AŞPA Bürosu və Büro üzvləri Sərsəng su anbarının Ermənistanın işğalından azad edilməsi istiqamətində cəsarətli addımlar atacaqdır.

AzVision.az