Namizədin nüfuzu və maliyyə vəsaiti olmalıdır

Şanlı Aprel döyüşlərindən beş il ötür
Çinin elmi jurnalında dahi Nizami Gəncəvi haqqında məqalə dərc olunub
Azərbaycan “FITUR-2019” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunur

Azərbaycan QHT-si Gürcüstanda prezident seçkilərini müşahidə edəcək. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Züıfüqarlı jurnalistlərə açıqlamasında məlumat verib. 

O bildirib ki, AVCİYA Gürcütsandan dəvət alıb və oktyabrın 27-də Gürcüstanda keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak edəcək:

“Sevindirici haldır ki, Azərbaycan QHT-sinə belə bir dəvət gəlib. Biz Azərbaycandakı seçkilər başa çatdıqdan, seçkilərdə müşahidələrimizi bitirdikdən sonra Gürcüstana gedəcəyik”.
M,Zülfüqarlı bu il prezidentliyə namizədlərə dövlət tərəfindən vəsait ayrılmamasına da münasibət bildirib. O, bu qərarı dəstəklədiyini deyib:

“Dövlətin prezidentliyə namizədlərə maliyyə ayırmamasını dəstəkləyirik. Çünki bu, prezident seçkiləridir və nüfuzuna görə digərlərindən fərqlənir. Ona görə də bu seçkidə iştirak edən namizədin həm nüfuzu, həm də kifayət qədər maliyyə vəsaiti olmalıdır”.

azvision.az