
Zəngilan rayonunun Ağalı kəndində “Qarabağa qayıdış” adlı ilk Texnika Festivalı başlayıb.
“Report”un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, festivalda müxtəlif at gücündə və müxtəlif şirkətlərin istehsalı olan traktorlar, kotanlar, torpaqəzən, dərmançiləyən aqreqatlar, taxılbiçən kombaynlar, həmçinin yolsuzluq avtomobilləri nümayiş etdirilir.
Tədbiirdə fermerlər üçün xüsusi sərfəli satış təklifləri irəli sürülüb.
Qeyd olunub ki, festivalın məqsədi Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı və fermerlər üçün yaradılan yeni imkanlar barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Report