Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək
Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adı verilib

Bu gün Xocavənd şəhərinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb.

AZƏRTAC