Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Milli Məclis 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib
Azərbaycan Universitetinin professorunun Rusiyada iki dərs vəsaiti dərc edilib
Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, yeni agentlik Prezident İlham Əliyevin 2026-cı il 24 fevral tarixli Fərmanı ilə yaradılıb.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərəcək, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edəcək, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirəcək.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahididir.

Qeyd edək ki, agentlik İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi publik hüquqi şəxs və Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO publik hüquqi şəxs əsasında yaradılıb.

AZƏRTAC