Azərbaycan Yunanıstanla enerji və nəqliyyat bağlantılarının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavinini qəbul edib

Azərbaycan və Yunanıstan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması, enerji və nəqliyyat bağlantıları üzrə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Bu barədə müzakirələr Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclasından əvvəl həmsədr, Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə görüşdə aparılıb.

Nazir bildirib ki, görüşdə biznes əlaqələrinin konkret layihələrlə inkişafı istiqamətində atılacaq addımlar müzakirə edilib.

Report