Məcnun Məmmədov: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

“Oxu günü” və “Nəsimi – 650” ili
Məcburi dövlət sosial sığorta xərcləri 32 faiz artaraq 125 milyon manata yüksəlib
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb

Aqrar Biznes Festivalları fermerlər, sahibkarlar, dövlət qurumları, aqrar şirkətlər və elmi-tədqiqat müəssisələri arasında birbaşa əlaqələrin qurulduğu, dövlət-özəl tərəfdaşlığının inkişafına xidmət edən mühüm platformaya çevrilib. 100-cü festivalın məhz Ağdamda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində 100-cü Yubiley Aqrar Biznes Festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ağdamın yenidən qurulması ilə yanaşı, burada kənd təsərrüfatının inkişafı üçün də yeni imkanlar formalaşır.

“Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir. Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi istiqamətində görülən işlər də bu prosesin mühüm tərkib hissəsidir. Bu baxımdan, 100-cü festivalın Ağdamda keçirilməsi bölgədə aqrar fəaliyyətin canlandırılması və fermerlərlə sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm hadisədir”, – deyə nazir əlavə edib.

Müxbir – Tahir Ağaməmmədov

AZƏRTAC