“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
ATƏT-in sədri yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

Bakıda “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, Milli Məclis və MDB Parlamentlərarası Assambleyasının (MDB PA) əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, MDB PA Şurası Katibliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Türk Dövlətləri Parlament Assambleyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, alimlər və ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycan parlamentarizminin tarixində qadınların rolu, qadınların dövlət və cəmiyyət quruculuğunda iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və gender məsələləri müzakirə olunur.

Fotoqraf – Səfiyar Məcnun

AZƏRTAC