Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Bir sıra qanunların “Aqrar sahə haqqında” qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı – SƏRƏNCAM

Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarles Veley rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Kəlbəcərə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, bu səfər dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağa və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.

Müxbir – Elcan Məmmədov

AZƏRTAC