Prezident İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilib 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi

Xəzərin nadir ekosisteminin qorunması bürün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.

Son illərdə Xəzəryanı ölkələrin geniş hüquqi çərçivə yaratdığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın demək olar bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfi olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, bu, beş Xəzəryanı dövlətin uzun illər davam edən birgə işinin nəticəsidir.

AZƏRTAC