Tokayev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib.

“Prezident İlham Əliyevin güclü rəhbərliyi altında Azərbaycan istər iqtisadiyyat, istərsə də beynəlxalq münasibətlər olsun, bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib”, – o deyib.

O qeyd edib ki, Qazaxıstan Azərbaycanın AQEM-in potensialını gərgin və gözlənilməz dünyada dialoq, etimadın möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlıq üçün unikal platforma kimi gücləndirməyə yönəlmiş dinamik sədrliyini yüksək qiymətləndirir.

Tokayev həmçinin sammiti təşkil etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, Bakının qədim tarixi və müasir nailiyyətləri özündə birləşdirdiyini qeyd edib.

Report