Türkiyə XİN rəhbəri: AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik

Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq”
Hava limanlarının genişləndirilməsi üçün torpaqların alınması ilə bağlı qanunlara dəyişiklik edilir
Prezident “Diqlas”la bağlı məsələni nəzarətə götürüb, sahibkarlara kompensasiya veriləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib.

“Report“ xəbər verir ki, AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxış edən Türkiyə XİN rəhbəri qeyd edib ki, bu gün dünyada artan böhranlar beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olur:

“Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın olmamasıdır. Həll yolu kimi regional məsuliyyət və təşəbbüskarlıq prinsipləri əsasında əməkdaşlığı təkmilləşdirməklə qarşılıqlı etimadı gücləndirən dialoq mədəniyyətinin formalaşdırılmasını prioritet hesab edirik. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər”

Report