Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

Sahil Babayev: “Azərbaycan və Serbiya 13 sənəd imzalamağa hazırlaşır”
Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik 
Dünya İqtisadi Forumu dezinformasiya ilə əlaqəli artan qlobal riskləri qeyd edir

Milli Kitabxanada Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 115 illik yubileyi münasibətilə virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli ədibin müəllifi olduğu əsərlər, romanlar, tərcümələr, eləcə də onun həyat və yaradıcılıq yolundan bəhs edən Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilər.

AZƏRTAC