Sahil Babayev: “Azərbaycan və Serbiya 13 sənəd imzalamağa hazırlaşır”

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər
Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb
İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

Azərbaycan və Serbiya 13 hökumətlərarası sənəd imzalamağa hazırlayır.

“Report” Serbiya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri, Serbiya ilə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev deyib.

“Bu günədək 57 sənəd imzalamışıq, daha 13 sənəd baxılma mərhələsindədir və tezliklə imzalanacaq. Beləliklə, iş adamlarımızın və vətəndaşlarımızın ünsiyyət qurması, əməkdaşlıq etməsi və birlikdə işləməsi üçün stabil və etibarlı institusional baza yaradırıq”, – nazir bildirib.

Onun sözlərinə görə, Bakı və Belqrad arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

“Biz [hökumətlərarası komissiyanın oktyabrın 23-də Belqradda keçirilən iclasında – red.] bu potensialı müzakirə etdik və hər iki ölkənin təklif edə biləcəyi çox keyfiyyətli məhsullarının olduğu barədə razılığa gəldik. Hesab edirəm ki, bu sektorda ticarət və birgə müəssisələr gələcəkdə əlaqələrimizin inkişafı üçün böyük əhəmiyyət kəsb edə bilər”, – S.Babayev bildirib və qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında turizm sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub.

Report