Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Belə ki, Azərbaycam Milli Elmlər Akademiyasının strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.
nk.gov.az