AVCİYA Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətə başlayıb

AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsi davam etdiriləcək
28 il keçdi…
AVCİYA erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı yeni layihəyə start verib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirir.  

AVCİYA-nın Seçki Qərargahından APA-ya verilən məlumata görə, Assosiasiya bələdiyyə seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydiyyat proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki siyasi mühit, MSK, DSK və MnSK-ların fəaliyyəti, təşviqat kampaniyası, seçki prosesi ilə bağlı qanun pozuntuları və seçki gününün monitorinqinin təşkili kimi məsələləri əhatə edən fəaliyyətin icrasına başlayıb.

AVCİYA Seçki Qərargahı gələn həftədən regionlarda seçici fəallığının artırılması üçün seminarlara və müşahidəçilər üçün treninqlərə start verəcək. Regionlarda keçiriləcək tədbirlərdə AVCIYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və digər təlimçilər iştirak edəcək. Fəaliyyət Proqramına uyğun olaraq 23 oktyabr – 15 dekabr tarixləri əhatə edən aralıq hesabat hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Bələdiyyə seçkiləri günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin hesabat dekabrın 24-də, yekun hesabat isə 2015-ci il yanvarın 13-dək açıqlanacaq. Yekun rəyin Azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılır. Builki bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. AVCİYA bələdiyyə seçkiləri günü 40 DSK üzrə 1000 məntəqədə müşahidə aparmağı planlaşdırır.