“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın regionlarda təqdimatı davam edir

XİN: Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir
Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir “
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1047 (1994)

Azərbaycanda Vətəndaş Cəmiyyətininİnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən bir il ərzində “Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi çərçivəsində gördüyü işlərə dair Sərsəng su anbarının əhatə dairəsinə düşən rayonlarda İctimai hesabatını təqdim etməyə davam edir.

Dünən Tərtər şəhərində rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, rayon bələdiyyə, kənd icra nümayəndələrinin, fermer təsərrüfatlarının rəhbərlərinin, iş adamlarının, su təsərrüfati və meliorasiya təsərrüfatları əməkdaşlarının, yerli icmaların, məktəb direktorlarının, kənd tibb məntəqələrinin və rayon fəallarının iştirakı ilə İctimai hesabat görüşləri keçirilmişdir.

Görüşdə çıxış edən AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov və layihənin eksperti Şahin Camalov görülən işlər barədə məlumat vermiş, AVCİYA ekspertlərinin hazırladıqları hesabatların təqdimatını keçirmişlər.

Növbəti günlərdə isə  digər rayonlarda da bu cur ictimai hesabatların təqdim olunması həyata keçiriləcəkdir.

AVCİYA-nın mətbuat xidməti