GUAM-ın baş katibi səsvermənin gedişini müşahidə edib

Bakıda AVCİYA koordinatorlarının toplantısı keçirilib
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edib
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

GUAM-ın baş katibi Valeri Çeçelaşvili bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. APA-nın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, V. Çeçelaşvili bildirib ki, məntəqələrdə hökm sürən atmosfer çox müsbətdir: “Mən şadam ki, prezident seçkiləri azad şəraitdə keçir. Mənim prosesə hər hansı iradım yoxdur”.

GUAM-ın baş katibi səhər saatlarından başlayaraq məntəqələrdə insanların sıxlığının, uzun növbələrin müşahidə olunduğunu söyləyib. O, ötən seçkilərlə müqayisədə məntəqələrin texniki təchizatında irəliləyiş olduğunu vurğulayıb: “MSK lazımi nəticələr çıxarıb. Bu strukturun büdcəsi də artırılıb”.

Qeyd edək ki, V. Çeçelaşvili Sumqayıt şəhərində də səsverməni gedişini izləyəcək.