MSK seçki təlimçiləri üçün treninq keçirib

Ali Baş Komandan İlham Əliyev: Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə subartezian quyuları qazılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) seçki təlimçiləri üçün treninq keçirib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov seçkilərdə təlimçilərin üzərinə düşən məsuliyyət haqda danışıb. O, MSK-nın maarifləndirmə üçün ayrılan vəsaiti  artdığını deyib: “Seçkinin təşkili ilə məşğul olan hər kəs necə diqqət mərkəzində olduğunu bilməlidir. Hər birinizin fəaliyyəti görünür”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanda seçkilərin keyfiyyəti ildən-ilə dəyişir və ən müasir standartlara uyğunlaşdırılır. Bunun da əsas səbəbi MSK-nın praktik seçki təcrübəsinin artırılmasıdır: “Bu gün hər birimizin qarşında duran əsas məsələ seçki subyektlərimizin maarifləndirilməsidir. Bu cür treninqlərin keçirilməsi seçki günü işin effektini artıracaq”.

Sonra MSK-nın təlimçiləri üçün seçki günü məntəqə komissiyalarının rolu və vəzifələri, prosedur və müstəsna hallar, təcrübi tapşırıqlar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması, yekun protokolun doldurulması və digər məsələlərlə bağlı treninq keçirilib.

İnteraktiv formatda keçən tədbirin sonunda mövzu ətrafında aparılan müzakirələr qiymətləndirilib.

Treninqin sonunda MSK katibliyinin müdiri Rövzət Qasımov çıxış edib.

Qeyd edək ki, treninq sentyabrın 21-dək davam edəcək.  /APA/