Deputatlığa namizədlərin sayı 1246 nəfərə çatıb

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
“Bələdiyyələrin 10 illik fəaliyyəti: yaranması və inkişaf problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək
Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 17 min nəfəri ötdüyünü, ölkə üzrə müşahidə aparmaq üçün 167 müşahidəçinin isə MSK-da qeydiyyatdan keçdiyini bildirib.

MSK sədri qeyd edib ki, bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 57 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.