“ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb

17 min nəfərə şamil edilən amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir
Prezident İlham Əliyev Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib
Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi saat 15.00-a qədər olan seçici fəallığının səviyyəsini açıqlayıb. APA-nın verdiyi məlumata görə, saat 15:00-a seçici fəallığı 36,2 faizdir. Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu gün keçirilən parlament seçkilərində 180 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” keçirir. Tədqiqat prosesində 2360 nəfər intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərir. /APA/