Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb

“Ümumdünya səhralaşma və quraqlıqla mübarizə günü”
Məhərrəm Zülfüqarlı: Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bütün dünya tərəfindən rəsmən tanınıb və qəbul edilib
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən III hissə

Saat 14.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şuranın monitorinq qrupunun paytaxt və bölgələrdəki seçki məntəqələrində olan üzvləri də jurnalistlərə qarşı maneə faktı qeydə almayıblar.
Şuranın telefonları – (012) 441 35 30, (012) 441 35 92, (012) 441 35 94 bu gün saat 08.00-dan “qaynar xətt” rejimində işləyir. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 17.00-da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də seçkinin gedişini izləyirlər. Onlar yerlərdə KİV təmsilçilərinə yaradılan şəraitlə yaxından tanış olurlar. /APA/