Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər
Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.

AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri 4 saylı DOST Mərkəzində keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb. Qeyd edilib ki, bu tədbirlərin mühüm bir istiqaməti onların mənzillə təmin edilməsidir.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Müxbir – Nailə Həsənova

Fotoqraf – Səfiyar Məcnun

AZƏRTAC