AVCİYA Azərbaycanda deputatların sayının artırılması təklifi ilə çıxış edib

“Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə haqqında ƏSASNAMƏ
AVCİYA müşahidəçilik institutunu tam formalaşdırıb
AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzə hazırlanacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Parlamentdə deputatların sayının artırılması təklifi ilə çıxış edib. “Azərbaycanda seçicilərin sayı əvvəlki illərlə müqayisədə artıb. Belə olan halda, deputatların sayının regionlarda seçicilərin sayına uyğun artırılması məqsədəuyğundur”, – bunu çərşənbə axşamı Trend BİA-nın mətbuat zalında keçirdiyi brifinqdə AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.
Azərbaycanda Parlament seçkilərinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulur.
Qeyri-hökumət təşkilatı sayılan AVCİYA seçkilərin daha demokratik, şəffaf olması, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə proqramlar həyata keçirir, müşahidəçiliyi reallaşdırır. Builki Parlament seçkilərində AVCİYA müşahidəçilik missiyasını həyata keçirəcək.
Seçki Qərargahı noyabrda keçiriləcək Parlament seçkiləri ilə bağlı hazırladığı proqramın birinci mərhələsini başa vurub.