AVCİYA Şirvanda seminar keçirdi

Beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiya tətbiq etmək tələb olunub
Millət vəkilimiz AŞPA-ya müraciət etdi
“Xocalı Yaddaşı” kitabı işıq üzü görüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Şirvan şəhərində seminar keçirib. Seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili ” adlı layihə çərçivəsində baş tutub.
Seminarda seçki sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, müəllimlər, müstəqil ekspertlər, jurnalistlər iştirak edib. Seminarda AVCİYA Seçki Qərarganının əməkdaşları layihə çərçivəsində məruzə ilə çıxış ediblər. Məruzələrdə Respublikada seçici hüquqlarının müdafiəsi ilə bağlı da bir sıra müsbət irəlləyişlər əldə olunmasına baxmayaraq, bəzi problemlərin olduğu qeyd edilib. Bundan başqa seminarda seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə,“Seçki Məcələsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişiklərin edilməsinə ehtiyac olduğu xüsusi vurğulanmışdır. Seminarın sonunda müxtəlif suallara cavab verilmiş, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi ilə bağlı AVCİYA – nın tövsiyyələri iştirakçıların diqqətinə çatdırılmışdır.

AVCIYA mətbuat xidməti