Məhərrəm Zülfüqarlı: Belə yüksək tədbir təşkil etdiyinə görə Şuranı təbrik etmək lazımdır

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını təsdiqləyib və elan edib
Bu gün Milli Musiqi Günüdür
Bu gün müddətli müqavilə əsasında müəllimlərin işə qəbuluna start verilir

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans Bakıda öz işinə başlayıb. Konfransın gedişi, aparılan müzakirələr, ümumiyyətlə bu formatda ilk dəfə olaraq təşkil olunan tədbir haqda QHT təmsilçilərinin fikrini öyrənmək istədik.AVCİYA təmsilşisi Məhərrəm Zülfüqarlı fikirlərini bizimlə bölüşdü.
– Azərbaycanda hökumət-QHT əməkdaşlığı 1999-cu ildən bəri dialoq nəticəsində əldə olunub və indi də onu bəhrələrini görürük. Əvvəllər bir sıra donor təşkilatlar Azərbaycanın milli maraqlarına aid olan problemlərin həllinə dəstək vermirdilər. Bu işi QHT-lərə Dövlət Dəstəyi Şurası öz üzərinə götürdü. Dağlıq Qarabağ probleminin həlli ilə, milli dəyərlər, adət-ənənələrlə bağlı, eləcə də demokratikləşmə istiqamətində vətəndaş cəmiyyətinin təklifləri, layihələrinə Şura dəstək verir. Mən bu il Qaradağ faciəsinə aid kitab yazmışam. Kitab məhz Şuranın dəstəyi sayəsində həm Azərbaycan, həm də ingilis dillərində çapı reallaşdı. Məqsədimiz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Qarabağ həqiqiətləri, Xocalı faciəsi ilə bağlı layihəyə hansısa xarici fond, təşkilat maluiyyə ayırardımı? Əlbəttə, yox. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurasının ən böyük əhəmiyyəti bundan ibarətdir ki, milli problemlərlə dəstək verir. Şuranın əhəmiyyəti bir də ondan ibarətdir ki, Prezident, hökumət regionlardan alternativ informasiya mənbəyi əldə edir. QHT-lər regionun problemləri alternativ məlumatlar verir və bu da hökumətə kömək edir ki, yerlərdə olan problemləri dəqiq bilsinlər, eyni zamanda QHT-lərin vasitəsilə onların həllinə nail olsunlar. Çox əlamətdar haldır ki, Azərbaycanda gedən bu prosesə beynəlxalq təşkilatlar da qatılır. Düşünürəm ki, bu prosesin inkişafı Azərbaycan dövlətinin inkişafına və güclənməsinə kömək edəcəkdir. Qaldı ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə reallaşan “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” beynəlxalq konfransa, bu Azərbaycan vətəndaş cəmiyyəti tarixində yeni mərhələdir. Ən azı ona görə ki, belə bir tədbir bu formatda ilk dəfədir keçirilir. İkincisi Azərbaycanın belə beynəxalq tədbirə ev sahiblik etməsidir. Bu böyük uğurdur. Bununla dünyaya çatdırırıq ki, Azərbaycanın belə beynəxalq tədbirlər keçirməyə maddi cəhətdən gücünün çatmasından çox, mənəvi haqqı çatır. Çünki Azərbaycan tək-tük dövlətlrədəndir ki, QHT-lərə Dövlət Dəstəyi ixtisaslaşmış qurumu var. Bu səbəbdən belə yüksək tədbir təşkil etdiyinə görə Şuranı təbrik etmək lazımdır. Mən konfransın işini, daha doğrusu ilk gününü yüksək qiymətləndirirəm.