AVCİYA nəşr etdirdiyi kitabların təqdimatını keçirib

AVCİYA rəhbərliyi ATƏT /DTİHB nümayəndələri ilə görüşdü
Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir
AVCIYA Lənkəranda müşahidəçiləri maarifləndirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) nəşr etdirdiyi “İlham Əliyevin 5 illik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti” və “Azərbaycan Respublikası prezidentinin seçkiləri sosioloji təhlil müstəvisində – 2008” kitablarının təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, kitablarda əsasən tədqiqat materialları əks olunub. Kitabların hazırlanmasında iştirak edən ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə deyib ki, “İlham Əliyevin 5 illik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti” kitabında əsasən son 5 ildə əhali, KİV, rəsmi strukturlar və QHT-lərin fəaliyyəti araşdırılıb. Onu sözlərinə görə, son 5 ildə qeyd olunan sahələrdə bir sıra nailiyyətlər əldə edilib. Belə ki, əvvəllər insanlar sosioloji sorğularda iştirakdan çəkinirdilərsə, artıq heç bir tərəddüd etmədən sorğulara qatılırlar. O, rəsmi strukturların da buna normal yanaşdığını söyləyib.