AVCİYA Lənkəranda layihəyə yekun vurdu

AVCİYA nümayəndəsi Zaqatalada Böyük Britaniya diplomatı ilə görüşdü
Seçkilərdən ən çox yazan müstəqil qəzetlərdir
AVCİYA Xaçmazda regional seminar keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin şəffaf və ədalətli keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» mövzusunda həyata keçirdiyi layihəni Lənkəran şəhərində keçirdiyi seminarla yekunlaşdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən layihədə respublikanın 10 regionunda seminar keçirilib və seçkilərə aid bukletlər və “Demokratik seçkilər və vətəndaş fəallığı” adlı kitab nəşr olunub. Lənkəranda keçirilən son seminarda QHT, bələdiyyə və KİV üzvləri ilə yanaşı tələbələr də fəal iştirak etmişlər. Tədbirə həmçinin Massalı, Astara, Lerik, Cəlilabadda gəlmiş qonaqlar da qoşulublar. Bundn başqa seminarda Lənkəran şəhər İcra Hakimiyyəti ictimai–siyasi şöbəsinin əməkdaşları da iştirak ediblər. Seminar iştirakçıları qarşısında çıxış edən AVCİYA Seçki Qərərgahının rəhbəri, tarix elmləri namizədi Məhərəm Zülfüqarlı 2008–ci ilin oktyabrında keçirilmiş prezident seçkilərinin yekunları, seçici fəallığının artırılması yolları, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı 18 mart 2009-cu il tarixdə keçiriləcək referendum və 2009 – cu ilin payızında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, QHT–hökümət əməkdaşlığının əhəmiyyəti ilə bağlı fikirlərini dinləyicilərin diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçıların müxtəlif suallarına cavab verilmiş və fikir mübadiləsi aparılmışdır.

AVCİYA –nın Mətbuat xidməti
15.01.2009