Avropa Komissiyası AVCİYA-nın da daxil olduğu beynəlxalq konsorsiumun layihəsinin maliyyələşdirilməsi haqqında qərar verib

Ombudsman Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb
Elxan Süleymanov: “AŞPA-da erməni işğalından bəhs edən üç qətnamə layihəsi müzakirəyə çıxarılacaq”
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən

26 Avropa təşkilatı, o cümlədən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən təsis olunan beynəlxalq konsorsiumun Avropa Komissiyasının “H2020” adlı qrant müsabiqəsinə təqdim etdiyi “Su ehtiyatları və iqlim dəyişikliyinə kompleks yanaşma” layihəsinin maliyyələşdirilməsinə dair qərar verilib.

AVCİYA-dan APA-ya verilən məlumata görə, müsabiqəyə ümumilikdə 59 layihə təqdim olunsa da, maliyyələşmə haqqında qərar yalnız sözügedən layihəyə şamil edilib.

“Su ehtiyatları və iqlim dəyişikliyinə kompleks yanaşma” layihəsi çərçivəsində mövcud beynəlxalq metodologiyalarından, qiymətləndirmə indikatorlarından istifadə olunması yolu ilə Azərbaycanda su ehtiyatları ilə bağlı mövcud vəziyyət, eləcə də Sərsəng su anbarının işğalda qalması və Ermənistanın bu faktdan istifadə etməklə, Azərbaycanın su ehtiyatları və iqlim dəyişikliyinə təsiri nəticəsində yaranmış vəziyyət konsorsium tərəfindən tədqiq edilərək beynəlxalq ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, AVCİYA 25 may 2013-cü ildə “Sərsəng Harayı” layihəsinin icrasına başlayıb. Təşkilat iki il ərzində bu layihə çərçivəsində çoxsaylı fəaliyyətlər icra etmiş, problemin beynəlxalq arenaya çıxarılmasına nail olmuşdur. Hazırkı layihə Sərsəng probleminin beynəlxalq konsorsium tərəfindən ictimailəşdirilməsinə imkan verəcəkdir. Bir müddət öncə Sərsəng su anbarı problemi AVCİYA-nın prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən beynəlxalq arenaya çıxarılıb. E. Süleymanov tərəfindən AŞPA-ya təqdim edilmiş qətnamə təklifi əsasında 23 noyabr 2015-ci ildə AŞPA Sosial Komitəsində məruzəçi Miliça Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adı qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsinin dayandırılması tələb edilir.