Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
XİN: ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-nə təyin edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar nazirlikdə bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıdakı ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.