Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub

Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub
Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Sonra dövlətimizin başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.