BMT-nin Baş katibi Antoniu Quterreş qurumun Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb

Dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə çatıb
Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş
BMT-nin Baş katibi Antoniu Quterreş qurumun Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb.
“Report” BMT-nin Baş katibinin müraaciətini təqdim edir:
“Başqalarına xidmət etməkdən daha böyük peşə yoxdur.
Hər il Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günündə dünyanın hər yerində öz fikir, təşəbbüs və qüvvələrini öz icmalarına və bəşəriyyətə xidmət üçün fəxrlə həsr edən qadın və kişiləri yada salırıq.
Bu ilin mövzusu bizə xatırladır ki, dövlət qulluğunda olan məmurlar icmalarda bərpa işlərini və dayanıqlı inkişafı təmin etmək üçün bir çox yerli və qlobal tərəfdaşlarla çiyin-çiyinə işləyir.
Tərəfdaşlıq inklüziv xidmətlərin hazırlanması və həyata keçirilməsi üçün çox vacibdir – dövlət xidmətlərinin genişləndirilməsi üçün texnoloji həllərlə bağlı özəl sektorla əməkdaşlıqdan tutmuş, dövlət siyasətləri, proqramlar və icmaların fəaliyyətlərində müxtəlif fikirləri daha yaxşı əks etdirmək üçün vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyətədək.
Gəlin bu əlamətdar gündə dövlət qulluqçularının dünyanın hər yerində təkcə gördüyü işi deyil, onların bütün insanlar üçün daha yaxşı gələcək qurmaq naminə tərəfdaşlığa olan sadiqliyini də qeyd edək”.