Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
Kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi təmin olunacaq
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan Bayrağı dalğalanır

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Sonra “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev çıxış etdilər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.