AVCİYA Prezident seçkiləri ilə əlaqədar seminarlara yekun vurdu

Ümid edirəm ki, Xocalı soyqırımı cəlladlarının beynəlxalq mühakimə edilməsi günü uzaq deyil…
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək  Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə keçirdiyi seminarlara yekun vurub. Ümumilikdə 45 rayon və həmin rayonlarda məskunlaşmış məcburi köçkün rayonlarının müşahidəçilərini əhatə edən  seminarlarda 4 mindən artıq seçki fəalı iştirak edib. Seminarlara “Ambassador” otelində yekun vurulub. Hazırda Assosiasiyada seçki günündə müşahidə işinin təşkilinə ciddi hazırlıq gedir.

 AVCİYA Seçki Qərargahının  Mətbuat Xidməti